Naxçıvanda aqrar emal müəssisələri yaradılacaq

A- A A+

2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının emal və qablaşdırma sahələrinin inkişaf etdirilməsi məqsədi ilə istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, bu, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulub.

Bu məsələ ilə bağlı icraçı qurum İqtisadiyyat Nazirliyidir.

Sənədə əsasən, muxtar respublikada kənd təsərrüfatı məhsullarının emalı üzrə müxtəlif təyinatlı (ət və süd emalı, meyvə və tərəvəz emalı, o cümlədən meyvəqurutma, bal və s.), eləcə də şəkər və nişasta istehsalı, dəri və yun qəbulu, o cümlədən dəri emalı müəssisələrinin və qablaşdırma və tara müəssisəsinin yaradılmasının təşviq edilməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: