Azərbaycan 2024-2026-cı illərdə Asiya Parlament Assambleyası sədrliyinə namizədliyini irəli sürüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Milli Məclisdə Asiya Parlament Assambleyası (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında qurumun baş katibi Muhammed Reza Məcidi deyib.
O, Azərbaycanın təşkilata sədrliynə namizədliyini dəstəklədiyini bildirib: “Asiya Parlament Assamleyasına üzv dövlətləri Azərbaycanın sədrliyinə öz dəstəyini verməyə çağırıram”.