Azərbaycan Çində keçiriləcək Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunacaq

A- A A+

Sentyabrın 25-26-da Pekində ilk Qlobal Dayanıqlı Nəqliyyat Forumu keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, Çinin Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Dayanıqlı nəqliyyat: qlobal inkişafın təşviqi üçün birgə çalışaq” devizi altında keçiriləcək tədbirdə 50-dən çox dövlət rəsmisi, o cümlədən nazirlər, beynəlxalq və regional təşkilatların və iri şirkətlərin rəhbərləri iştirak edəcək. Foruma Azərbaycan nümayəndə heyəti də qatılacaq.

Çinin nəqliyyat nazirinin müavini Li Yan bildirib ki, dayanıqlı nəqliyyat məsələsi təkcə bir ölkəyə aid olan məsələ deyil, bu, qlobal xarakter daşıyır. Pekin forumunda əsas diqqət qlobal əlaqələrin təşviqi, regional fərqlərin aradan qaldırılması, innovativ texnologiya və avadanlıqların mübadiləsi, ekoloji təmiz və aşağı karbonlu inkişafın təşviqi və nəqliyyat sektorunda tərəfdaşlığın gücləndirilməsinə yönəldiləcək.

Forum ilə paralel 15-ci Beynəlxalq Nəqliyyat, Texnologiya və Avadanlıq Sərgisi də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: