Naxçıvanın İqtisadiyyat Nazirliyinin saytı “gov.az” zonasına köçürülüb

A- A A+

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin internet səhifəsi “gov.az” zonasına köçürülüb.

Bu barədə NUHÇIXAN-a Naxçıvanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən bildirilib.

Məlumata görə, nazirliyin mühəndis-proqramçılarının hazırladığı İqtisadiyyat Nazirliyinin elektron informasiya resursu neconomy.gov.az domen adı ilə "AzStateNet" şəbəkəsinə köçürülüb. Təhlükəsizlik və istifadəçi rahatlığını nəzərə alaraq sayt müasir proqramlaşdırma dillərindən istifadə edilərək yenidən hazırlanıb.

Saytın optimizasiyası, axtarış sistemlərinə uyğunlaşdırılması, təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirliyin mütəxəssisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin, "Google" axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün də müvafiq işlər görülüb.

Yeni internet səhifəsinin domen ünvanı da müvafiq qaydada yenilənməklə “gov.az” domeninə bağlı e-poçt adresi ilə ([email protected]) təmin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: