İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu ilin yanvar-avqust aylarında qeyri-neft məhsullarının ixracını həyata keçirən qeyri-dövlət və dövlətə məxsus ixracatçı subyektlərin reytinqini açıqlayıb.
NUHÇIXAN Mərkəzin təqdim etdiyi “İxrac icmalı”nın sentyabr sayına istinadən xəbər verir ki, qeyri-dövlət ixracatçı subyektlərin reytinqinə fiziki şəxs Şirinov Elvin Valeh oğlu (78,1 milyon ABŞ dolları) başçılıq edir.
Daha sonra bu siyahıya daxildir “MKT İstehsalat Kommersiya” MMC (59,8 milyon ABŞ dolları), “Baku Steel Company” QSC (54,1 milyon ABŞ dolları), “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limi ted Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (44,4 milyon ABŞ dolları), “Best Logistik” MMC (31,9 milyon ABŞ dolları), “STP Global Cable” MMC (29,4 milyon ABŞ dolları), “P-Aqro” MMC (28,1 milyon ABŞ dolları), “My Fruit” MMC (20,1 milyon ABŞ dolları), “Mega Fruit Az” MMC (19,9 milyon ABŞ dolları), “Almeyvə” MMC (18,9 milyon ABŞ dolları).
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “AzərEnerji” ASC (314,4 milyon ABŞ dolları) başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (246,2 milyon ABŞ dolları), “SOCAR Polymer” MMC (207,3 milyon ABŞ dolları), “Azəralüminium” MMC (86,3 milyon ABŞ dolları), “AzerGold” QSC (50,1 milyon ABŞ dolları), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC (16,6 milyon ABŞ dolları), “Azərbaycan Hava Yolları” QSC (16,5 milyon ABŞ dolları), “Azərbaycan Dəmir Yolları” QSC (1,2 milyon ABŞ dolları), “Azəripək” MMC (1,1 milyon ABŞ dolları), Naxçıvan MR Dövlət Energetika Xidməti (0,6 milyon ABŞ dolları).