Bu il Şuşada 17 binadan ibarət yaşayış kompleksinin tikintisinə başlanılacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, şəhərdə infrastruktur işləri də davam etdiriləcək, 10 binadan ibarət yeni mərkəzi küçə gələn ilin may ayında istifadəyə veriləcək. İlin sonunda Şuşada ilk yaşayış kompleksinin inşası başa çatacaq və qısa müddət sonra 400-ə yaxın ailənin Şuşaya köçürülməsi təmin olunacaq.
"Şuşada abidələrin, xüsusilə də dini abidələrin bərpası uğurla davam etdirilir. Artıq Yuxarı Gövhərağa və Saatlı məscidi bərpa olunub", - deyə A.Kərimov qeyd edib.