Maliyyə Tədris Mərkəzində təkmilləşdirici təlim keçirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Maliyyə Tədris Mərkəzində “Maliyyə hesabatlarının hazırlanmasının nəzəri və praktiki əsasları” mövzusunda təkmilləşdirici təlim keçirilir.                                              

Mərkəzin direktoru Mehriban İmanova təlimin əhəmiyyəti haqqında məlumat verib.

Təlimin ilk günü peşəkar mühasib Arzuman İmanovun “Maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri əsasları” mövzusu ətrafında təqdimatı olub. Sonra isə hesabatların məqsədi, elementləri, istifadəçiləri və növləri haqqında məlumat verilib, əyani şəkildə izah edilib.

Qeyd edək ki, təlimdə idarə, təşkilat və müəssisələrdən cəmi 24 nəfər iştirak edir və təlim 3 gün davam edəcək.

Oruc Mirzəyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: