Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB) Naxçıvanda sahibkarlarla görüş keçirəcək

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində Azərbaycan Korporativ İş Adamları Birliyinin (AKİAB) sahibkarlarla görüşü təşkil olunacaq.

Görüşdə Azərbaycan Korperativ İş Adamları Birliyinin icraçı direktoru Vəfadar Babayev təmsil etdiyi qurumun fəaliyyət və məqsədləri haqda ətraflı məlumat verəcək.

Həmçinin tərəfdaş sahibkarlararası kommunikasiyanın təkmilləşdirilməsi, marketinq və satış əlaqələrinin genişləndirilməsi, yaxın zamanda yaradılacaq Özbəkistanda Azərbaycan Ticarət Evinin və Azərbaycanda Polşanın Ticarət Evləri vasitəsi ilə məhsul və xidmət mübadiləsinin artırılması imkanları müzakirə olunacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: