Naxçıvanda may-sentyabr aylarında 4 minə yaxın "ASAN İmza" sertifikatı verilib

A- A A+

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Naxçıvan Şəhər Vergilər İdarəsinin bu ilin may ayında istifadəyə verilmiş Vergi ödəyicilərinə xidmət mərkəzi may-sentyabr aylarında 1 547 müraciət üzrə 3 674 "ASAN İmza" sertifikatı verib.

NUHÇIXAN Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8 dəfə və 4,4 dəfə çoxdur.

Hesabat dövründə xidmət mərkəzi ümumilikdə 8 065 qəbul həyat keçirib. Mərkəzdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və qeydiyyat, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması və s. məsələlərlə bağlı 11 850 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: