Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 10,8 faiz artıb

A- A A+

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar - sentyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 106,7 milyon manatdan çox olub. 

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz və ya 10,4 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 15,6 faiz artaraq 31,5 milyon manatdan çox təşkil edib.

2023-cü ilin 9 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq 2,8 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 17,8 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 4 faiz artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: