Naxçıvanda problemli kreditlərin sayı 2,1 faizə qədər düşüb

A- A A+

Naxçıvanda problemli kreditlərin sayı ötən il 3 faiz təşkil edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev media nümayəndələri ilə görüşdə deyib.

O qeyd edib ki, bu il sentyabrın 1-nə olan məlumata görə vaxtı keçmiş kreditlərin həcmi 2,1 faizə qədər düşüb: “Göstəricinin aşağı olması Naxçıvanın balaca yer olması və burada əhali arasında psixoloji durum və ictimai qınağın olmasıdır. Naxçıvanda kreditin qaytarılması mədəniyyəti daha yüksəkdir və kommersiya bankları burada daha az problemlə qarşılaşır. Bu baxımdan Naxçıvan problemli kreditlərin aşağı olduğu yerdir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: