Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 1 980 ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb.
NUHÇIXAN bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 9 ay ərzində belə NKA-lar vasitəsilə qeydə alınnmış dövriyyə 145,8 milyon manat olub.