Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 17-21 oktyabr tarixlərində Caspian Energy Club tərəfindən “Azerbaijan İndustry Week” layihəsi keçiriləcək. Bu tədbir çərçivəsində Caspian Energy Club-un fəaliyyət göstərdiyi xarici ölkələrdən sahibkarlara Azərbaycanda olan sənaye potensialının imkanları açılacaq.
Bu layihə çerçivəsində oktyabrın 17-də Caspian Energy Club nümayəndə heyətinin Naxçıvana işgüzar səfəri təşkil olunacaq. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində Caspian Energy Club-ın nümayəndə heyətinin naxçıvanlı sahibkarlarla görüşü keçiriləcək.
İndustry Week-də iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:
E-mail: [email protected]
Tel.: (060-330-03-33)
Əlaqələndirici şəxs: Rza İbrahimli