Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,8 % artaraq bu il oktyabrın 1-nə 14 283 olub.
Bu barədə NUHÇIXAN-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 26,7 % artaraq 384-ə, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 14,6 % artaraq 5 105-ə çatıb.