AMB rəsmisi: "Son iki ayda Naxçıvanda beş sığorta şirkəti fəaliyyətə başlayıb"

A- A A+

Son iki ay ərzində Naxçıvan Muxtar Respublikasında beş sığorta şirkəti fəaliyyətə başlayıb.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinin rəisi Elçin Əliyev bildirib.

"İndiyə qədər Naxçıvanın sığorta bazarında cəmi bir sığorta şirkəti - “Naxçıvan Sığorta” ASC fəaliyyət göstərirdi. Bu da rəqabət mühitinin formalaşmasına, əhaliyə normal sığorta xidmətinin göstərilməsinə imkan vermirdi. İnsanlar daha fərqli, müasir məhsullar tələb edir. Yeni şirkətlərin bazar daxil olması ilə muxtar respublikada sığorta bazarı inkişaf etməyə başlayıb və bunu statistik göstəricilərdən də görmək olur", - deyə o qeyd edib.

Xatırladaq ki, bu ilin avqust ayında Naxçıvanda 779 min manat sığorta haqqı yığılıb, 116 min manat sığorta ödənişi edilib. Bunlar, iyul ayı ilə müqayisədə müvafiq olaraq 3,4 dəfə və 13 % çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: