Şərur rayonunda yaradılmış sənaye məhəlləsində 7 sahibkarlıq subyekti fəaliyyət göstərir.
NUHÇIXAN xəbər verir ki, bunu Nахçıvаnın iqtisаdiyyat nаziri Tapdıq Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.
"Ərazidə sahibkarlığın inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Artıq Şərur Sənaye Məhəlləsində ayaqqabı, tikiş malları, qapılar, mebel, kağız kisə, karton və tara istehsalı sahələri var. Bitki yağı, unlu qənnadı məmulatları, qəlyan tütünü, metal dam örtüyü istehsalı istiqamətində işlər davam etdirilir”, - deyə o qeyd edib.