Mikayıl Cabbarov: "Əmtəəlik qaz hasilatının 2025-ci ildə pik həddə çatacağı gözlənilir"

A- A A+

Cari ildən etibarən "Abşeron" qaz-kondensat yatağı üzrə həm neft həm də təbii qaz hasilatına başlanılması iqtisadi sektorun inkişafına müəyyən töhfə verəcək.

NUHÇIXAN xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

"Buna baxmayaraq ortamüddətli dövrdə neft hasilatının 2022-ci ilin hasilat səviyyəsindən aşağı olacağı gözlənilir. Bu da neft hasilatında xüsusi çəkiyə malik "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə hasilatın azalma bazasına keçməsi ilə əlaqədardır. Əmtəəlik qaz hasilatının 2025-ci ildə pik həddə çatacağı gözlənilir. Bu amilləri nəzərə alaraq neft-qaz sektoru üzrə ÜDM-in növbəti ildə 1,7 %, 2025-ci və 2026-cı illərədə isə orta hesabla 1,8 % azalacağı proqnozlaşdırılır", - deyə nazir əlavə edib.

Xatırladaq ki, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.

Cari il avqustun 4-də SOCAR, “TotalEnergies” və ADNOC (Əbu-Dabi Milli Neft Şirkəti) şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 % iştirak payının satışı ilə bağlı saziş imzalanıb. SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35 % təşkil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: