“Zəngəzur dəhlizi hansı dövlətin ərazisindən keçsə, həmin ölkə qazanacaq”.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Haber Global”a müsahibəsində deyib.
O bildirib ki, Türkiyə layihənin ən qısa vaxtda başa çatması üçün bütün lazımi işləri görür: “Siyasi yanaşmalardan əl çəkib, ticarət barədə düşünmək lazımdır”.
Nazirin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması bütün regionun xeyrinə olacaq.