Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 120,1 milyon manatdan çox olub.
NUHÇIXAN bu barədə İqtisadiyyat Nazirkliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20 % artaraq 36,2 milyon manatı keçib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 17 % artaraq 3,2 milyon manatdan, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 5,5 % artaraq 20 milyon manatdan çox olub.