Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfə artıb

A- A A+

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 4.714 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 89,7 faizi fiziki, 10,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 1,9 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,7 dəfə, hüquqi şəxslərin sayı isə 24 dəfə artıb.

Yanvar-oktyabr aylarında kommersiya qurumlarının 65 faizi elektron qaydada, 35 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: