İranlı nazir: Növbəti 6 ay ərzində İran, Rusiya və Azərbaycan arasında elektrik enerjisi mübadiləsi başlaya bilər

A- A A+

İranın energetika naziri Əli Əkbər Mehrabian İran və Rusiya arasında vahid elektrik enerjisi şəbəkəsinin yaradılacağı ilə bağlı jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan bu sahədə hər iki ölkə üçün ən əlverişli marşrutdur.

NUHÇIXAN “Mehr” informasiya agentliyinə istinadla xəbər verir ki, Mehrabian İran və Rusiya arasında elektrik şəbəkəsinin yaradılması və bunun müsbət təsirləri haqqında danışıb. O deyib: “İran və Rusiya arasında elektrik şəbəkəsinin Gürcüstan, Azərbaycan və Türkmənistan daxil olmaqla üç marşrut vasitəsilə birləşdirilməsi üçün araşdırmalar aparılıb. Bu baxımdan Azərbaycan həyata keçirilməsi çox asan görünən və şəbəkənin inkişafı tələb olunmayan marşrutdur. Xoşbəxtlikdən, bu sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası ilə çox yaxşı razılaşma əldə olunub və bu saziş ona gətirib çıxarıb ki, biz Azərbaycanın elektrik şəbəkələrini tez bir zamanda birləşdirə bildik”.

Energetika naziri İran, Rusiya və Azərbaycan arasında elektrik mübadiləsinin növbəti altı ay ərzində başlayacağına ümid etdiyini bildirib. “Bu plan çox qənaətcildir, çünki İran və Rusiyanın pik istehlakı bir-birindən tamamilə fərqlidir. Başqa sözlə, Rusiya ən çox elektrik enerjisi istehlak edəndə, bu göstərici İranda ən aşağı səviyyədə olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: