“Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.
NUHÇIXAN xəbər verir ki, müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiqlənib.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirləri 6 919 860 000,0 manat, xərcləri isə 6 919 860 000,0 manat məbləğində təsdiq olunub.