SPECA-ya sədrlik Azərbaycandan Tacikistana ötürülüb

A- A A+

SPECA-ya sədrlik Azərbaycandan Tacikistana ötürülüb.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı SPECA Rəhbər Şurasının Bakıda keçirilən 18-ci iclasında Tacikistanın təklifi dəyərləndirilib. Üzv ölkələr tərəfindən 2024-cü il üzrə Tacikistan SPECA-ya rəhbərlik edəcək ölkə seçilib.

Bildirilib ki, 19-cu SPECA Sammiti 2024-cü ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcək.

Qeyd edək ki, SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: