Ankarada “Sülh üçün enerji” Beynəlxalq Sammit keçiriləcək

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, 27-29 noyabr tarixlərində Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Türkiyə enerji bazarının “Ənənəvi və ən böyük ailə toplantısı” olan 13-cü Türkiyə Enerji Zirvəsi keçiriləcək.

“Sülh üçün enerji” mövzusu ilə Ankarada keçiriləcək Sammitə bu il Avropa Komissiyasının keçmiş prezidenti və Portuqaliyanın keçmiş baş naziri Jose Manuel Barroso ilə yanaşı, sektorun aparıcı şəxsləri qatılacaq.

Zirvə elektrik enerjisi, təbii qaz, mazut və mayeləşdirilmiş neft qazı bazarlarını bir çətir altında birləşdirən ilk və yeganə təşkilatdır.

Türkiyə Enerji Sammiti iştirakçıların və qərar qəbul edənlərin gələcək proqnozlarına töhfə verməklə, bölgədə yeni əməkdalıqların qurulmasını təmin etmək məqsədi daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: