Azərbaycana müdafiə təyinatlı məmulatların istehsalı üçün gətirilən avadanlıqlar, humanitar yardım kimi gətirilən mallar, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıqlar gömrük rüsumundan azad ediləcək.
NUHÇIXAN xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər layihəsində əksini tapıb.
Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq III oxunuşda qəbul edilib.