Müəyyən fasilədən sonra Çindən Azərbaycana konteyner blok qatarı ilə ilk yükdaşıma həyata keçirilib.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, Siandan yola salınan qatar artıq Bakı limanına çatıb. Çindən ölkəmizə ümumilikdə 110 TEU yük - elektrik avtomobilləri, tikinti materialları, sənaye məhsulları çatdırılıb. Daşıma Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə, Xian Free Trade Port Construction and Operation, KTZ Express və “ADY Konteyner” MMC-nin əməkdaşlığı çərçivəsində həyata keçirilib.
“ADY Konteyner” MMC yeni blok qatarların təşkili istiqamətində Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir