Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikasında yerləşən özəlləşdirilməsi və ya icarə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan nəqliyyat vasitələrinin, torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi xidmətlərinin satınalınması məqsədilə açıq tender elan edir.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, məqsəd tenderin əsas şərtlər toplusunda göstərilmiş xidmətləri yüksək səviyyədə göstərə biləcək peşəkar şirkətin açıq tender nəticəsində seçilməsini təmin etməkdir.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun əsasən açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən müsabiqədə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. Müsabiqə 06.12.2023-cü il saat 09:00 tarixində başlayıb. İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri 26.12.2023-cü il saat 10:00 tarixinə, tender təkliflərini isə 08.01.2024-cü il saat 10:00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçının təklifləri 09.01.2024-cü il saat 10:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.