Naxçıvanda xüsusi iqtisadi rejim tətbiq olunacaq - FOTOLAR

A- A A+

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən diyarımızın azad iqtisadi zonaya çevrilməsi mühüm hədəflərdən biri kimi dayanır. NUHÇIXAN xəbər verir ki, bu məqsədlə Naxçıvanda xüsusi iqtisadi rejimin tətbiq edilməsi nəzərdə tutulur. Sahibkarların iştirakı ilə bu sahədə görüləcək işlərin müzakirəsi aparılıb.

Naxçıvan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə konfederasiyanın sədri Vüqar Abbasov bildirib ki, ölkənin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə bütün sahələrdə həyata keçirilən islahatlar muxtar respublika iqtisadiyyatının inkişafında da yeni mərhələnin başlanmasını zəruri edir. Xüsusilə Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi iqtisadi rejimin tətbiq olunması istiqamətində hazırlıqlar bu sahədə müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir.

Qeyd olunub ki, Naxçıvan iqtisadi rayonunda dayanıqlı sahibkarlıq və investisiya mühiti yaradılmaqla xarici və yerli investisiyaların cəlb edilməsi, iqtisadiyyatın səmərəliliyinin artırılması üçün xüsusi güzəşt və imtiyazlar mexanizminin formalaşdırılması, yaşıl iqtisadiyyatın inkişafı, şaxələndirilmiş ixrac potensialına nail olunması, yeni iş yerlərinin açılması və digər istiqamətlərdə həyata keçiriləcək tədbirlər xüsusi iqtisadi rejimin tətbiq edilməsinə geniş imkanlar açacaq.

Vurğulanıb ki, xüsusi iqtisadi rejimin tətbiqi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə də zəmin yaradacaqdır.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: