Böyük Britaniya Azərbaycana investisiya qoyuluşunu artıracaq

A- A A+

Böyük Britaniya növbəti 30 ildə Azərbaycana investisiya qoyuluşunu artırmağı və daha yüksək səviyyəyə çatdırmağı planlaşdırır.

NUHÇIXAN-ın məlumatına görə, bunu Böyük Britaniyanın ixrac üzrə naziri Lord Offord bu gün Bakıda keçirilən Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında bildirib.

Onun sözlərinə görə, ölkəsi Azərbaycanın müstəqillik tarixində ən böyük investor olub: “Bu günə qədər Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 83 milyard ABŞ dolları sərmayə yatırıb".

Britaniyalı nazir həmçinin deyib ki, texnologiya və kibertəhlükəsizlik sahəsində Azərbaycanla əlaqələri genişləndirmək istəyirlər: "Bizim texnologiya şirkətləri bu il Bakıda keçirilmiş astronavtika və innovasiya sammitlərində iştirak edib. Fevralda isə Bakıda kibertəhlükəsizlik sammiti keçirməyi və bütün startapları, həmçinin texnologiya şirkətlərini ora toplamağı düşünürük”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: