Azərbaycan Mərkəzi Bankının lisenziyasını ləğv etdiyi “Naxçıvan Sığorta” ASC kreditorlarına müraciət edib.
NUHÇIXAN bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 4 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun nizamnamə kapitalı 7 milyon manatdır. Şirkətin səhmdarı 100 % "Naxçıvan Bank" ASC-dir.