“Honda” 1 milyon 138 min avtomobilini geri çağıracaq

A- A A+

Yaponiyanın “Honda Motor” avtomobil istehsalçısı yanacaq nasosunda nasazlıq səbəbindən 1 milyon 138 mindən çox avtomobilini geri çağırır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin məlumatında deyilir.

Geri çağırılma prosesi 2017-ci ilin iyunundan 2020-ci ilin sentyabrınadək istehsal edilən “N-Box”, “Fit” və “Step Wagon” da daxil olmaqla, 25 modeldən olan avtomobilləri əhatə edəcək.

Məlumata görə, bu avtomobillərə quraşdırılan yanacaq nasosunun hissələri deformasiyaya uğraya bilər ki, bu da yanacağın mühərrikə ötürülməsinin dayanmasına və hərəkət zamanı mühərrikin sönməsinə səbəb olur. Həmin nasosların istehsalçısı “Denso” kompaniyasıdır.

“Honda” kompaniyasına müvafiq nasazlıqla bağlı 400-dən çox məlumat daxil olub, lakin problem nəticəsində heç bir qəza baş verməyib.

Qeyd edək ki, “Honda” səhmlərinin qiyməti dekabrın 8-də keçirilən hərraclarda 2,6 faiz ucuzlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: