Nazirlər Kabineti “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərar 2023-cü il yanvarın 1-dən 2033-cü il yanvarın 1-nə qədər qüvvədədir.