Naxçıvanda yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı bu il 2 dəfə artıb

A- A A+

Naxçıvan Muxtar Respublikasında yaradılmış əlverişli biznes mühiti və tətbiq edilən müasir vergi inzibatçılığı sayəsində bu il dekabrın 1-nə yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2 dəfə artıb.

Bunu sahibkarlar üçün keçirilən infoturda Naxçıvanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Bundan başqa, onun sözlərinə görə, hesabat dövründə yeni qeydiyyatdan keçmiş obyektlərin sayında 2,3 dəfə, aktiv vergi ödəyicilərinin sayında 19 %, əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayında 39 %, qeydiyyatda olan POS-terminalların sayında 28 %, yeni açılmış bank hesablarının sayında 22 %, nağdsız əməliyyatlar üzrə dövriyyədə 2,8 dəfə artım olub.

Nazir müavini həmçinin deyib ki, hazırda muxtar respublikada bir sıra özəl müəssisələr, o cümlədən 22 özəl təhsil müəssisəsi fəaliyyət göstərir: "Onlardan da 1-i universitet, 21-i isə hazırlıq kurslarıdır. 11 ay ərzində Naxçıvanda hazırlıq kursları kimi fəaliyyət göstərən vergi ödəyicilərinin sayında 3 dəfə artım baş verib. Muxtar respublikada özəl məktəbəqədər təhsil müəssisəsi kimi fəaliyyət göstərən sahibkarlıq subyekti isə hələ ki, mövcud deyil".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: