Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 12 %-dən çox artıb

A- A A+

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar-noyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 132,1 milyon manatdan çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz və ya 14,4 milyon manat çoxdur.

Bu barədə NUHÇIXAN-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 21,3 faiz artaraq 39,9 milyon manat təşkil edib.

2023-cü ilin 11 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz artaraq 3,5 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 21,9 milyon manatdan çox olmaqla, ötən ilin eyni dövrünə nisbətən 5,8 faiz artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: