Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 5 521 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Bu barədə NUHÇIXAN-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, bunların 90,5 %-i fiziki, 9,5 %-i hüquqi şəxslər və digər təşkilatlar olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 1,9 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,7 dəfə, hüquqi şəxslərin sayı isə 18 dəfə artıb.
Yanvar-noyabr aylarında kommersiya qurumlarının 66 %-i elektron qaydada, 34 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.