Meksika hökuməti ABŞ-nin “Tesla” şirkətinə ölkədə zavod inşa etmək üçün 153 milyon ABŞ dolları dəyərində vergi güzəştləri verib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Meksikanın Nuevo-Leon ştatının hökuməti məlumat yayıb.
Bildirilib ki, təsdiq edilmiş güzəştlər zəruri nəqliyyat infrastrukturunun yaradılmasına töhfə verəcək və şirin su çatışmazlığı problemlərinin həllinə kömək edəcək.
Qeyd edilib ki, “Tesla” zavodun yaradılmasına ilkin olaraq 4,5 milyard ABŞ dolları sərmayə qoyacaq və bu, ştat tarixində rekord göstərici olacaq.
Daha əvvəl Nuevo-Leon ştatının qubernatoru Samuel Qarsiya məlumat vermişdi ki, Meksikada “Tesla”nın zavodu təxminən 9 aya inşa edilə bilər. Müəssisə ABŞ sərhədinə yaxın ərazidə - Santa-Katarina rayonunda yerləşəcək.