Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan rəsmi İrəvanın Bakı və Ankara ilə nəqliyyat əlaqələrini bərpa etməyə hazır olduğunu bildirib.
NUHÇIXAN Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bu barədə dekabrın 15-də dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə danışıb.
Nazir "Dünyanın kəsişməsi” proqramını da xatırladıb: “Bu proqramla ölkəmiz region ölkələrini şimal-cənub və şərq-qərb istiqamətlərində nəqliyyat əlaqələri ilə təmin edəcək bütün infrastrukturların qurulmasına hazır olduğunu bildirir. Biz həmçinin Ermənistanla Azərbaycan arasında 4, Ermənistan-Türkiyə sərhədində 1 keçid məntəqəsi yaratmağa hazırıq”.