“Azərpoçt” vətəndaşları saxta mesajlara qarşı diqqətli olmağa çağırır

A- A A+

Son zamanlar vətəndaşlara “Azərpoçt” adından göndərilən saxta mesajlarda onların bağlamalarının ölkəyə çatdırıldığı, amma əskik məlumatların olduğu qeyd olunur.

NUHÇIXAN-a “Azərpoçt” MMC-dən bildirilib ki, belə hallarda bəzi vətəndaşlar buna aldanaraq mesajdakı linkə klikləyir və fərdi, eləcə də bank məlumatlarını daxil edib qurbana çevrilirlər.Qurum hər kəsi diqqətli olmağa çağırır.

““Azərpoçt” heç bir halda vətəndaşların kart məlumatlarını tələb etmir. Odur ki bu cür mesajlara qarşı diqqətli olun və onları açmayın”, - deyə MMC-nin məlumatında vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: