Gələn il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) tərkibində qeyri-neft-qaz sektorunun payının 71,1 %-ə bərabər olacağı gözlənilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”ndə qeyd olunub.
Bu, 2023-cü il üçün qeyri-neft-qaz sektorunun ÜDM-dəki gözlənilən payından 1,9 faiz bəndi çoxdur.
Gələn il neft-qaz sektorunun payı isə azalaraq 28,9 %-ə enəcəyi proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM real ifadədə 1,7 % azalacaq.