2023-cü ilin 11 ayı ərzində ümumilikdə Rusiyada toyuq yumurtasının qiymətləri 36% artıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiyanın Dövət Statistikası Federal Xidməti (Rosstat) məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Krım Respublikası, Penza vilayəti kimi regionlarında yumurtanın qiyməti 60%-dən çox artıb. Bununla belə, qiymətlərin az artdığı regionlar da var. Bunlar Kamçatka diyarı (0,77%) və Maqadan vilayətidir (2,96%).
Qeyd edək ki, Rusiya hökuməti problemi həll etmək üçün Türkiyə və Azərbaycandan yumurta idxal etməyə qərar verib. Artıq Azərbaycandan üç, Türkiyədən isə bir partiya yumurta idxal edilib.