Ötən il muxtar respublikada 4500-ə yaxın ev genişzolaqlı internetlə təmin olunub

A- A A+

Naxçıvanda 2023-cü il ərzində 4500-ə yaxın ev genişzolaqlı internetlə təmin olunub, 1500-dən artıq sabit şəbəkə telefon nömrəsi isə abonentlərin istifadəsinə verilib.

Muxtar respublikanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, həyata keçirilmiş tədbirlər və artan tələbat fonunda ötən il muxtar respublikanın bir sıra yaşayış məntəqələrində abonentlərin keyfiyyətli rabitə və internet xidmətlərindən istifadə etmələri üçün yeni avadanlıqlar quraşdırılıb, bir sıra yerlərdə köhnə avadanlıqlar yenilənib. Həmçinin, rayon, şəhər və kəndlərdə internet tutumları artırılıb.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaşayış məntəqələrində sakinlərə rabitə və internet xidmətlərinin göstərilməsinə diqqət artırılır. Müasir texnologiyaların tətbiq edilməsi nəticəsində telekommunikasiya xidmətlərinin əhatə dairəsi ilbəil artırılır, bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Telefon, genişzolaqlı internet və digər telekommunikasiya xidmətlərininin yüksək səviyyədə təşkili istiqamətində bir sıra layihələr icra edilir. O cümlədən internet verilişində qırılmaların qarşısının alınması və keyfiyyətin artırılması istiqamətində mütəxəssislərin iştirakı ilə monitorinqlər aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: