“Bank of America”: Gələn il neftin qiyməti 100 dollar/barrel ola bilər

A- A A+

Neftin bir barrelinin qiyməti gələn il 100 dollar səviyyəsinə çata bilər.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Bank of America Merrill Lynch” beynəlxalq investisiya bankı məlumat yayıb.

Banka görə, gələn il qlobal neft bazarında tələb-təklif tarazlığı pozulacaq. “Bank of America” “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 2018-ci ildə 70 dollar, gələn il isə 75 dollar olacağını proqnozlaşdırır.

“Bank of America”nın əmtəə araşdırmaları üzrə direktoru Francisco Blanche bildirib ki, 2019-cu ilin ikinci yarısında “Brent” markalı neftin qiymətinin 90 dollar/barrel olacağını gözləyirik. “Brent” neftinin qiyməti gələn il 100 dollar/barrel səviyyəsinə də yüksələ bilər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: