Azərbaycandan ötən il 23,8 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 5,3% çoxdur.
NUHÇIXAN xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, ixrac olunan qazın 11,8 mlrd. kubmetri Avropaya nəql olunub.
“Yanvar-dekabr aylarında qaz ixracı 5,3% artıb. Avropaya 11,8 mlrd. kubmetr, Türkiyəyə 9,5 mlrd. kubmetr, Gürcüstana isə 2,5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 5,6 mlrd. kubmetr qaz nəql olunub”, - paylaşımda qeyd olunur.