Ötən il ərzində ölkəyə statistik dəyəri 1 milyard 680.6 milyon ABŞ dolları dəyərində 95 min 971 avtomobil idxal edilib.
NUHÇIXAN Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 28.7 faiz və ya 21 min 394 ədəd, dəyər ifadəsində isə 58.9 faiz və ya 622, 860 milyon dollar artım olub.
Hesabatda qeyd olunub ki, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinin sayı 163 olub. Bu avtomobillərin dəyəri 9 778.68 min ABŞ dollar təşkil edib.