Azərbaycan Dünya İqtisadi Forumu ilə dayanıqlı biznes imkanlarının stimullaşdırılmasını müzakirə edib

A- A A+

Azərbaycan Dünya İqtisadi Forumu ilə dayanıqlı biznes imkanlarının stimullaşdırılması istiqamətində həyata keçirilən işləri müzakirə edib.

NUHÇIXAN xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir Davosda Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə görüş keçirib.

“Keçirdiyimiz görüşdə Azərbaycanın “yaşıl enerji” siyasətinə və iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərinə fəal dəstəyini, geoiqtisadi çağırışlar fonunda ölkəmizdə dayanıqlı biznes imkanlarının stimullaşdırılması istiqamətində həyata keçirilən işləri və COP29 tədbirinə hazırlıq ərəfəsində gündəlikdə yer alan məsələləri müzakirə etdik”, - deyə M. Cabbarov qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: