2023-cü ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 31% və ya 1 milyard 808 milyon dollar artaraq 7 milyard 650 milyon dollar təşkil edib.
NUHÇIXAN Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il Azərbaycandan Türkiyəyə ixracın həcmi 2022-ci illə müqayisədə 51.2% və ya 1 milyard 814 milyon dollar artaraq 5 milyard 359.3 milyon dollara, Türkiyədən Azərbaycana ixracın həcmi isə 0.3% və ya 6.1 milyon dollar azalaraq 2 milyard 291 milyon dollara bərabər olub.
Hesabat dövründə Azərbaycandan Türkiyəyə 783 milyon 861 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2022-ci illə müqayisədə 9.9% çoxdur.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın ümumi ticarət dövriyyəsi 51 milyard 183 milyon dollar, qeyri-neft ixracı isə 3.3 milyard dollar təşkil edib.