Operativ məlumata əsasən 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 33890,5 mln. manat proqnoza qarşı 5,0 faiz və ya 1684,3 mln. manat artıq icra olunaraq 35574,8 mln. manat təşkil edib. Bu 2022-ci illə müqayisədə 4895,2 mln. manat və ya 16,0 faiz çoxdur.
NUHÇIXAN Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2023-cü ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,5 faiz və ya 36458,5 mln. manat icra olub ki, bu da 2022-ci illə müqayisədə 4393,9 mln. manat və ya 13,7 faiz çoxdur.
Strukturuna görə 2023-cü il dövlət büdcəsi xərclərinin 19833,8 mln. manatı və ya 54,4 faizi cari xərclərə (2022-ci illə müqayisədə 2094,8 mln. manat və ya 11,8 faiz çox), 15442,2 mln. manatı və ya 42,4 faizi əsaslı xərclərə (2022-ci illə müqayisədə 2908,6 mln. manat və ya 23,2 faiz çox), 1182,5 mln. manatı və ya 3,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2022-ci illə müqayisədə 609,5 mln. manat və ya 34,0 faiz az) yönəldilib.