Bu il aprel-may aylarında Naxçıvan və Gəncə şəhərlərində "Outlet Qarage" günlərinin keçirilməsi planlaşdırılır.
NUHÇIXAN bu barədə "Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası" (AFRA) İctimai Birliyinə istinadən xəbər verir.
Məlumata görə, Assosiasiya üzvlərinin növbəti toplantısı keçirilib. Qurumun İdarə Heyətinin sədri Fərid Novruzinin sədrliyi ilə baş tutan toplantıda 2023-cü ilin yekunları müzakirə olunub, 2024-cü il üzrə Fəaliyyət Planı təstiq edilib.
Fəaliyyət planına uyğun olaraq, 12 aprel-12 may tarixlərində paytaxt Bakıda növbəti Ticarət Festivalı ("Azerbaijan Shopping Festival), Naxçıvan və Gəncədə isə "Outlet Garage" günləri təşkil ediləcək. Artıq bu istiqamətdə hazırlıq işləri aparılır.
2024-cü ildə tətbiq ediləcək yenilik və AFRA üzvlərinin dəstəklədiyi mövzu isə - yaz aylarında Bakıda moda tədbirinin təşkil edilməsidir.