“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb - VİDEO
Muxtar respublikanın tarixi abidələrlə zəngin bölgələrindən biri də Ordubaddır. Yüzillik, minillik abidələr bu qədim şəhərin hüsnünə yaraşıqdır. Körpülər, arxeoloji abidələr, məscidlər, mədrəsələr, hamamlar, qalalar, muzeylər... hərəsi bir dövrün, bir zamanın sorağını yaşadır özündə. Prezident İlham Əliyevin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamı bu qədim diyarın tarixinə yenidən işıq salacaq.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları vidoematerialı təqdim edir: