“Media Ordubadda” layihəsinə start verilib - VİDEO
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Media Ordubadda” layihəsi start götürüb.
Layihə çərçivəsində Ordubad şəhərinə ilk səfər ötən həftə sonu təşkil olunub. Azərbaycan Televiziyası, Naxçıvan Televiziyası, “Şərq qapısı” qəzeti redaksiyası, Baku TV, Apa, Report, Nuhçıxan, Naxçıvan xəbərləri media qurumlarının əməkdaşları və sosial media fəalları ilk turun iştirakçıları olublar. Ordubadın qocaman çinarı altında bir araya gələn media nümayəndələri layihəyə püşkatma ilə start veriblər. Layihənin şərtlərinə əsasən iştirakçılar püşkatma nəticəsində seçilən mövzular üzrə maraqlı reportaj, videoçarx, məqalə və digər materiallar hazırlayaraq efir və sosial şəbəkələr vasitəsilə çoxsaylı izləyicilərə təqdim edirlər. Püşkatmada Ordubad şəhərinin meydan və küçələri, tarixi memarlıq abidələri, adət-ənənələri, mətbəxi, insanları və digər mövzular yer alıb. Paylaşımlar #mediaordubadda haştağı ilə yayımlanır.
Qeyd edək ki, ilboyu davam edəcək layihədə digər ölkə və xarici media qurumlarından da nümayəndələrin dəvət olunması nəzərdə tutulur.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları videomaterialı təqdim edir: